Sumqayıtda ağır qəza: yol polisi ölüb,


Digərləri 15 May 2018 07:32:00 288 0

Sumqayıtda ağır qəza: yol polisi ölüb,

Qəza zamanı avtomobillərdən biri yanaraq kül olub

Bakı-Quba yolunda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Son.az "Report"a istinadən bildirir ki, 1991-ci il təvəllüdlü Xızı rayon sakini Bəkirzadə Xəyyam Yusif oğlu Bakı-Quba yolunun 34-cü km-də, Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsi ərazisində şəxsi avtomobili ilə hərəkətdə olarkən "Ford" markalı maşınla toqquşub.

Ağır qəza zamanı sürücü Xəyyam Bəkirzadə elə yerindəcə ölüb. Digər avtomobildə olan iki nəfər ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib. .

X.Bəkirzadə Xızı rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşıdır və növbədən çıxaraq şəxsi avtomobili ilə evə gedirmiş.

Faktla bağlı araşdırma aparılır.