"Supermen" filmlərindən tanınan aktrisa Marqo Kidder vəfat edib


Digərləri 15 May 2018 03:58:16 171 0

"Supermen" filmlərindən tanınan aktrisa Marqo Kidder vəfat edib

Onun ölümünün səbəbləri hələ ki, bilinmir

"Supermen" filmlərində baş qəhrəmanın sevgilisi rolunu canlandıran amerikalı aktrisa Marqo Kidder 70 yaşında vəfat edib.

"Report" TMZ nəşrinə istinadən xəbər verir ki, aktrisa mayın 13-də Montanta ştatındakı evində dünyasını dəyişib.

Onun hansı səbəbdən öldüyü məlum deyil.

Kidder 1978-ci ildə Riçard Donner tərəfindən çəkilmiş "Supermen" filmindən sonra məşhurlaşıb. O, ekran əsərində Supermenin sevgilisi olan Lois Leyn rolunu canlandırıb. Kidder həmçinin "Supermen 2", "Supermen 3" və "Supermen 4: Sülh uğrunda mübarizə" filmlərində çəkilib.

Aktrisanın bir qızı var.