Melanya Tramp əməliyyat olunub


Dünya 15 May 2018 01:00:24 253 0

Melanya Tramp əməliyyat olunub

ABŞ-ın birinci xanımı bir həftə xəstəxanada yatacaq

ABŞ-ın 48 yaşlı birinci xanımı Melanya Tramp bazar ertəsi böyrəklərindən əməliyyat olunub.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Ağ evin mətbuat xidməti məlumat yayıb.

Əməliyyatın uğurlu keçdiyi və xəstənin səhhətində ağırlaşma olmadığı bildirilir.

Melanya Tramp bir həftəyə yaxın Uolter Rid Milli Hərbi Tibb Mərkəzində yatacaq.