Türkiyə Qəzzadakı hadisələrlə bağlı 3 günlük matəm elan edib


Dünya 14 May 2018 23:33:22 292 0

Türkiyə Qəzzadakı hadisələrlə bağlı 3 günlük matəm elan edib

Ankara ABŞ və İsraildəki səfirlərini geri çağırıb

ABŞ-ın İsraildəki səfirliyinin Tel-Əvivdən Qüdsə köçürülməsindən sonra baş verən hadisələrlə əlaqədar Türkiyədə 3 günlük matəm elan olunub.

"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu hökumət təmsilçisi Bəkir Bozdağ Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Ankara həmçinin ABŞ və İsraildəki səfirlərini geri çağırıb.

Qəzza zolağında İsrail hərbçiləri ilə baş vermiş toqquşmalar nəticəsində55 fələstinli ölüb, daha 3 mini nəfərə yaxın insan isə yaralanıb.