Türkiyə Qəzzadakı hadisələrlə bağlı 3 günlük matəm elan edib


Dünya 14 May 2018 23:54:00 264 0

Türkiyə Qəzzadakı hadisələrlə bağlı 3 günlük matəm elan edib

Ankara ABŞ və İsraildəki səfirlərini geri çağırıb

ABŞ-ın İsraildəki səfirliyinin Tel-Əvivdən Qüdsə köçürülməsindən sonra baş verən hadisələrlə əlaqədar Türkiyədə 3 günlük matəm elan olunub.

Son.az report.az-a istinadən bildirir ki, bunu hökumət təmsilçisi Bəkir Bozdağ Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Ankara həmçinin ABŞ və İsraildəki səfirlərini geri çağırıb.