2,4 milyon körpəni ölümdən xilas edən 80 yaşlı nadir insan


Digərləri 14 May 2018 23:24:00 296 0

2,4 milyon körpəni ölümdən xilas edən 80 yaşlı nadir insan

80 yaşlı Avstraliya vətəndaşı Ceyms Harrison dünyada nadir insanlar sırasına daxil olub.

Son.az xəbər verir ki, buna səbəb qanında olan nadir plazmatik bir protein daşımasıdır.

"Vaşinqton Post" qəzetinin xəbərinə görə, Ceyms Harrison 13 yaşında ikən ağ ciyərinin bir hissəsi çıxarılıb. Üç ay xəstəxanada qalan Ceymsə 13 qab qan verilib. O isə böyüyəndə hər il qan bağışlamağa söz verib. 18 yaşından etibarən qan verməyə başlayan Harrison 60 ildə 2,4 milyon usağı ölümün caynağından xilas edib.

Avstraliyada həkimlər düşmə təhlükəsi olan, ölü doğulan və beyni zədəli şəkildə dünyaya gələn uşaqların sayının azaldılmasına çalışırdı. Bu cür doğuşların səbəbi körpələrin mənfi, anaların isə müsbət qan daşıması idi. Araşdırmalar nəticəsində məlum oldu ki, yeganə əlac dünyada nadir tapılan bir proteindir. Qan bankında aparılan axtarış onları Ceyms Harrisonla tanış etdi.