Çiyələyin az bilinən
Digərləri 14 May 2018 23:27:00 461 0
Dadlı və ətirli çiyələk həmçinin çox faydalı giləmeyvədir. Çiyələk antioksidant maddələrlə zəngindir. Bu maddələr orqanizmdə gedən qocalma proseslərini ləngidir, orqanizmi cavanlaşdırır.
Son.az saglamolun.az-a istinadən çiyələyin bəzi az bilinən faydalarını təqdim edir.
1. Çiyələk C vitamini ilə zəngindir. 100 qr çiyələk C vitamininin günlük dozasının 98%-ni ehtiva edir . Bu limon və digər sistrus meyvələrində olan C vitamininin miqdarından xeyli çoxdur.
C vitamini orqanizmdə iltihabları azaldır, damarların divarlarını möhkəmləndirir, dərinin cavanlığını qoruyur.
2. Antosian maddələri ilə zəngin olan çiyələk ürək-damar sistemi xəstəliklərinin, o cümlədən infarkt və insultun riskini azaldır.
3. Çiyələk marqansla zəngindir. Bu mineral sümüklərin sağlamlığını qoruyur, qalxanvari vəzinin normal fəaliyyəti üçün çox vacibdir.