Azərbaycan neftinin SON QİYMƏTİ


Digərləri 14 May 2018 23:15:00 262 0

Azərbaycan neftinin SON QİYMƏTİ

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti son dəfə 77,8 dollar/barel təşkil edib ki, bu da daha öncəki günə olan göstəricidən 0,15 dollar/barel çoxdur. Son.az bildirir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin sonuncu qiyməti 77,19 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,17 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin sonuncu qiyməti isə 73,48 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 0,13 dollar/barel çoxdur.