"Hədəfimiz qısa vaxtda böyüməkdir" FOTO


Digərləri 14 May 2018 23:02:00 279 0

"Hədəfimiz qısa vaxtda böyüməkdir"  FOTO

"Sağlamlıq imkanları məhdud şəxslərin problemlərini bizdən yaxşı bilən olmaz" 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

"Uğurlarımız" adlı sosial təlim mərkəzi yaradılır. Əlilliyi olan iki gənc - Sənan Ələsgərov və Azər Əlizadənin təşəbbüsü ilə yaradılacaq mərkəz sağlamlıq imkanları məhdud şəxslərlə cəmiyyət arasında olan problemlərin həlli istiqamətdə fəaliyyət göstərəcək. Yaxın günlərdə açılışı olacaq mərkəzin yaradıcısı olan gənclərə söhbətləşdik.

- Belə bir mərkəz yaradılması kimin təklifi ilə oldu?

Sənan: Azər də təlimçi kimi fəaliyyət göstərir. Azərlə birlikdə ASAN xidmətə bir layihə verdik, qəbul olundu. Bu layihə çərçivəsində ASAN xidmətin olduğu bütün bölgələrimizdə təlimlər verdik. O təlimlər zamanı belə bir ideya ağlıma gəldi ki, niyə də Azərbaycanda sosial təlim mərkəzi olmasın?! Azərlə danışdım, müsbət qarşıladı, qərara gəldik ki, bunu yaradaq.

Azər: Mən daha sosial sahədə təlimlər verirəm. Yəni, təlimlərim daha çox sağlamlıq imkanları məhdud şəxslərin cəmiyyətə uyğunlaşması, cəmiyyətin onlara qarşı münasibəti, onların cəmiyyətdə qarşılaşdıqları problemlər və bu problemlərin həlli istiqamətində olur. Həm də həmin şəxslərin valideynləri üçün də təlimlər təşkil edirik.

- Bu gün təlim mərkəzləri çoxdur. Sizin seçiləcəyiniz istiqamət nə olacaq?

Azər: Düzdür, mərkəzlər çoxdur, amma bəlli istiqamətdə maariflənməyə ehtiyac var idi. "Sağlamlıq imkanları məhdud insanların cəmiyyətə inteqrasiyası" deyə bir fikir səsləndirilir. Bizə görə, bu, doğru yanaşma deyil. İnteqrasiya odur ki, çox uzaq nəyisə gətirib uyğunlaşdıra bilərsən. Amma sağlamlıq imkanları məhdud şəxslər elə cəmiyyətdə var. Buna bir problem gözü ilə baxırıqsa, həll yolunu tapmalıyıq. Bizim baxışımızda isə bunun həll yolu insanların maarifləndirilməsidir. Düzdür, hamı kömək etmək istəyir, amma necə kömək edəcəklərini bəzən bilmirlər. Həmin təlim mərkəzini yaratmaqda məqsədimiz də insanların bu istiqamətdə maariflənməsinə yardım etməkdir.

- Açılış nə vaxt olacaq? Artıq təlimləriniz başlayıbmı?   Azər: Yaxın günlərdə açılışımız baş tutacaq. Açılışdan sonra da mayın ortalarında Gəncə Dövlət Universitetində ilk təlimimiz baş tutacaq. 250-300 nəfər tələbə üçün belə bir təlim keçəcəyik. Sağlamlıq imkanları məhdud şəxslərlə davranış qaydaları və onları sosial həyata cəlb etməklə bağlı təlim verəcəyik.

- Regionlarda da fəaliyyətiniz olacaq?


Xəbərə aid fotolar