Məhbus intihara cəhd edib


Digərləri 14 May 2018 22:50:00 233 0

Məhbus intihara cəhd edib

Hacıqabulda müvəqqəti saxlama təcridxanasında 31 yaşlı məhbus özünü asaraq intihara cəhd edib.

Son.az APA-ya istinadən bildirir ki, Hacıqabul rayon sakini, 1987-ci il təvəllüdlü Bağırov Eyvaz Müzəffər oğlu özünü asaraq intihara cəhd edib.

Bundan xəbər tutan təcridxanada xidmətdə olan polis əməkdaşları onu xilas etməyə müvəffəq olublar. Xilas olunan məhbus ağır vəziyyətdə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.