Quldurluq edən əmi və qardaşı oğlu tutulub


Kriminal 14 May 2018 22:56:00 300 0

Quldurluq edən əmi və qardaşı oğlu tutulub

Ucarda quldurluq edən əmi və qardaşı oğlu tutulub.

Son.az bildirir ki, APA-ya Ucar Rayon Polis Şöbəsindən verilən məlumata görə, 17 mart 2018-ci il tarixində rayonun Müsüslü kənd sakini Maral Bayramova (ad şərtidir) səhər saatlarında evdə tək olarkən iki naməlum maskalı şəxsin içəri daxil olaraq şərflə onun əl-ayağını bağladıqdan sonra 1000 manat dəyərində qızıl-zinət əşyaları və 41 manat pulunu götürərək evi tərk etmələri barədə şöbəyə məlumat verib.

Ucar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri zəruri əməliyyat-axtarış tədbirləri nəticəsində zərərçəkənin həmkəndliləri Rəcəb Elxan oğlu Hüseynov və onun qardaşı oğlu Anar Habil oğlu Hüseynov tutularaq istintaqa təhvil veriliblər. İlkin dindirmə zamanı hər iki saxlanılan şəxs çirkin əməllərini etiraf edib və hadisə yerində istifadə olunan şərf maddi sübut kimi götürülüb.