İstanbulda İsrail və Amerika əleyhinə çoxminlik etiraz aksiyası keçirilir


Dünya 14 May 2018 22:25:14 270 0

İstanbulda İsrail və Amerika əleyhinə çoxminlik etiraz aksiyası keçirilir

Əllərində Fələstin bayrağı tutan etirazçılar İsrail və Amerika əleyhinə şüarlar səsləndirirlər

Türkiyənin İstanbul şəhərində bir neçə min insan İsrailin Qəzza zolağında 52 nəfərin ölümü ilə nəticələnən hərəkətlərinə qarşı etiraz aksiyası keçirir.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə bazar günü yerli NTV telekanalı məlumat yayıb.

Bildirilir ki, nümayişçilər İstanbulun mərkəzinə toplaşıb və İstiqlal küçəsi və Taksim meydanı ərazisində yürüş keçirirlər. Onlar əllərində Fələstin bayrağını tutaraq İsrail və Amerika əleyhinə şüarlar səsləndirirlər. Polis aksiyanın keçirilməsinə maneəçilik törətmir, lakin Taksim meydanı bağlanıb.