Yük və minik avtomobili toqquşub, ölən var


Digərləri 14 May 2018 22:17:00 239 0

Yük və minik avtomobili toqquşub, ölən var

Siyəzəndə ağır yol qəzası baş verib.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, Böhran Vəziyyətlərdə İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Siyəzən rayonunda "KamAZ" markalı yük avtomobili ilə "Tofaş" markalı minik avtomobili toqquşub.

Hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxışmış vəziyyətdə qalmış sərnişin, 1992-ci il təvəllüdlü Qəniyev Seymur Nadirşah oğlunun meyitini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.