Azərbaycanlı tələbənin bu təklifi hamının işinə yarayacaq VİDEO


Digərləri 14 May 2018 22:23:00 285 0

Azərbaycanlı tələbənin bu təklifi hamının işinə yarayacaq  VİDEO

Azərbaycanlı tələbə, insanı kökəltməyən və şəkərli diabet xəstələrinin də istifadə edə biləcəyi "Stevia" adlı şəkərli bitkinin ölkəmizdə istehsalını təklif edir.

Son.az bildirir ki, "Made in Azerbaijan-3" biznes ideya müsabiqəsinə qatılan UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin 3-cü kurs tələbəsi Eşqin Cəfərovun "Stevia" biznes ideyası qalib olub. Kənd təsərrüfatı və sənaye sahəsini əhatə edən biznes ideyada "Stevia" bitkisinin istehsalı, dərman və qida sənayesində istifadəsi təklif olunur.

Bitki subtropik iqlim qurşağına malik olan ölkələrdə əkilib-becərilir.

Şəkər əvəzləyicisi olan "Stevia" şəkərli diabet xəstələrinin istifadəsi üçün olduqca effektivdir. Çünki şəkər tozundan 150 dəfə daha çox şirin olsa da, diabet xəstələrinin qanında şəkərin miqdarını artırmır.