Küveyt BMT Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb


Dünya 14 May 2018 22:29:00 254 0

Küveyt BMT Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb

Küveyt Qəzza zolağında vəziyyətin kəskin gərginləşməsi ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb.

Son.az APA-ya istinadən bildirir ki, bu barədə TASS agentliyi BMT-dəki diplomatik mənbələrə məlumat verib.

Məlumata əsasən, BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olan Küveyt iclasın mayın 15-i, günün birinci yarısında keçirilməsində israr edir.