Netanyahu İsrail ordusunun Qəzza zolağında hərəkətlərini müdafiə edib


Dünya 14 May 2018 22:02:00 215 0

Netanyahu İsrail ordusunun Qəzza zolağında hərəkətlərini müdafiə edib

Qəzza zolağında nümayişçilərin dağıdılması dövlətin sərhədlərini qorumaq üçün tədbirdir.

Son.az APA-ya istinadən bildirir ki, bu barədə İsrailin baş naziri Benyamin Netanyahu özünün "Tvitter" səhifəsində yazıb.

"Hər bir ölkə öz sərhədlərini qorumalıdır. Həmas İsrailin məhv edilməsi və minlərlə insanı öldürmək niyyətində olduğunu bəyan edir. Biz suverenliyimizi və vətəndaşlarımızı qorumaq üçün qətiyyətlə hərəkət etməyə davam edəcəyik", baş nazir yazıb.