Aİ "Brexit"dən sonra Britaniya ilə müdafiə tərəfdaşlığını saxlayacaq


Dünya 14 May 2018 22:05:00 253 0

Aİ "Brexit"dən sonra Britaniya ilə müdafiə tərəfdaşlığını saxlayacaq

Britaniya Brexit çərçivəsində 750 müxtəlif beynəlxalq sazişdən çıxmalıdır

Avropa İttifaqı (Aİ) Britaniya birlikdən çıxdıqdan sonra ("Brexit") Krallıqla bu ölkənin Aİ-nin strukturlaşdırılmış müdafiə tərəfdaşlığı proqramında iştirakı da daxil olmaqla müdafiə və təhlükəsizlik sahəsində sıx əməkdaşlığı davam etdirmək niyyətindədir.

Son.az report.az-a istinadən bildirir ki, bunu Aİ-nin xarici işlər və siyasi təhlükəsizlik üzrə ali nümayəndəsi Federika Moqerini Brüsseldə Böyük Britaniya ilə münasibətlər üzrə konfransda deyib.

"Biz bir-birimizlə mümkün qədər yaxın olmaqda maraqlıyıq, çünki bizim ümumi strateji maraqlarımız var və mən şübhə etmirəm ki, gələcəkdə sıx tərəfdaşlıq və əməkdaşlıq edəcəyik", - deyə o əlavə edib.