Ramazan ayı başlayır: restoranlar iftar menyuları hazırlayır QİYMƏTLƏR VİDEO


Digərləri 14 May 2018 21:53:00 278 0

Ramazan ayı başlayır: restoranlar iftar menyuları hazırlayır  QİYMƏTLƏR  VİDEO

Ramazan ayının yaxınlaşması ilə əlaqədər bəzi restoranlar oruc tutan insanlar üçün iftar menyuları hazırlayıblar.

Son.az bildirir ki, 11 ayın sultanı Ramazan ayının başlamasına sayılı günlər qalıb. Artıq paytaxta bəzi restoranlar Ramazan ayına özəl hazırlıqlar görüb. Belə ki, bəzi restoranlar oruc tutanlar üçün iftar menyuları hazırlayıblar.

Qiymətlər isə menyuda olan yemək çeşidlərinin sayına görə dəyişir. Şəhər restoranlarında iftar menyularının minimum qiyməti 7-10 manatdan başlayır.

Restoranlarda bahalı iftar menyularının qiymətləri isə əsasən 20 manatdan başlayır və 60 manata qədər davam edir.