Aİ "Brexit"dən sonra Britaniya ilə müdafiə tərəfdaşlığını saxlayacaq
Dünya 14 May 2018 21:44:39 256 0
Britaniya "Brexit" çərçivəsində 750 müxtəlif beynəlxalq sazişdən çıxmalıdır
Avropa İttifaqı (Aİ) Britaniya birlikdən çıxdıqdan sonra ("Brexit") Krallıqla bu ölkənin Aİ-nin strukturlaşdırılmış müdafiə tərəfdaşlığı proqramında iştirakı da daxil olmaqla müdafiə və təhlükəsizlik sahəsində sıx əməkdaşlığı davam etdirmək niyyətindədir.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu Aİ-nin xarici işlər və siyasi təhlükəsizlik üzrə ali nümayəndəsi Federika Moqerini Brüsseldə Böyük Britaniya ilə münasibətlər üzrə konfransda deyib.
"Biz bir-birimizlə mümkün qədər yaxın olmaqda maraqlıyıq, çünki bizim ümumi strateji maraqlarımız var və mən şübhə etmirəm ki, gələcəkdə sıx tərəfdaşlıq və əməkdaşlıq edəcəyik", - deyə o əlavə edib.
Moqerini həmçinin qeyd edib ki, Britaniya "Brexit" çərçivəsində 750 müxtəlif beynəlxalq sazişdən çıxmalıdır.
Mənbə: report.az