Mahmud Abbas Fələstində 3 günlük matəm və ümummilli tətilin başlanmasını elan edib


Dünya 14 May 2018 21:14:12 321 0

Mahmud Abbas Fələstində 3 günlük matəm və ümummilli tətilin başlanmasını elan edib

Fələstin rəhbəri Mahmud Abbas İsrail hərbçiləri ilə qarşıdurmada ölən fələstinlilərin xatirəsinə üç günlük matəm elan edib.

Son.az APA-ya istinadən bildirir ki, bunu M.Abbas televiziya ilə xalqa müraciətində bəyan edib.

Fələstin rəhbəri həmçinin "Ən-Nəkba" (Böyük Fəlakət) gününün 70 illiyi ilə əlaqədar  ümummilli tətilin başlanmasını elan edib.