Xalq artisti dünyasını dəyişən yoldaşından danışdı: "Onun itkisindən sonra həyatımda boşluq əmələ gəlib" FOTO


Kriminal 14 May 2018 21:18:00 366 0

Xalq artisti dünyasını dəyişən yoldaşından danışdı: "Onun itkisindən sonra həyatımda boşluq əmələ gəlib"  FOTO

Xalq artisti Valeh Kərimovun Son.az-a müsahibəsi.

- Valeh müəllim, sizi görər-görməz "Bəxt üzüyü" filmində yaratdığınız Moşu obrazı yadımıza düşür. Bu addan bezmisiniz?

- Xeyr, bezməmişəm. Daha çarəm yoxdur. Moşu demiş mənim adım var, xalq, millət, narod (gülür). Mən bu obraza qədər Sumqayıt Teatrında çox rollar oynamışdım. Elə bilirdim ki, həmin rollarla tanınacağam. Amma əksinə oldu, uzun illər sonra "Moşu" obrazı ilə tanındım. Məni hal-hazırda bu obraza görə filmə çəkən yoxdur. Bir dəfə çəkilişə çağırmışdılar, rejissorun mənim haqqımda dediklərinə özüm şahid oldum. O deyirdi ki, "Bunu çağırmısız, amma bu elə Moşu olacaq da". Moşu rolu mənə çox şeydə mane olur.

- "Moşu" necə yarandı?

- Moşu obrazı elə-belə yaranmayıb ki... Vaqif Səmədoğlu bu əsərə öz ürəyini qoyub. Mən də bu obrazı müşahidələrim əsasında yaratdım. Fikir vermisinizsə, Moşu daha çox pijamada olur. O vaxt Sumqayıt teatrında işləyəndə orada bir nəfər var idi, həmişə pijamada gəzirdi. Bax bunu mən ondan götürmüşdüm. Hərə insandan bir şey götürürdüm.

- Həqiqətən də, siz bu obrazı çox gözəl yaratmısız. Filmə bugünkü gün baxanda nə kimi hisslər keçirirsiz?

- Dəfələrlə televiziyada yayımlanmasına baxmayaraq mən bu filmə cəmi 3 dəfə baxmışam. Həmişə bu filmi göstərəndə kanalı dəyişirəm.

- Niyə?

- Mənim üçün maraqlı deyil. Artıq bu olub-keçib. Ömürdü də keçib gedir. Yaş ötdükcə arzular ürəkdə qalır. İnsan gərək özü-özünün dostu olsun.

- Hansı arzularınız həyata keçməyib?

- İnsanın arzularının əksəriyyəti həyata keçmir. Elə arzu olaraq da insanın qəlbində qalır. O qədər arzularım var ki... Bizim sənətin adamlarının ən böyük arzusu yaxşı rollar oynamaqdır. Hər kəsin öz arzuları var.


Xəbərə aid fotolar