Lənkəranda "Cəza" göstəriləcək


Kriminal 14 May 2018 20:45:00 253 0

Lənkəranda "Cəza" göstəriləcək

Azərbaycanın Milli Peşəkar Teatrın yaradılmasının 145, ümumilli lider H.Əliyevin anadan olmasının 95, Müsəlman Şərqində ilk Parlamentli Respublika dövləti Azərbaycan Cümhuriyyətinin qurulmasının 100 illiyinə həsr olunmuş III Şəki Beynəlxalq Teatr Festivalı çərçivəsində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi festivalın milli proqramına daxil olmuş yazıçı-dramaturq T.Vəliyevanın "Cəza" monotamaşasını Lənkəran teatrsevələrinə təqdim etmək üçün teatrın direktoru, əməkdar artist Mübariz Həmidovun rəhbərliyi ilə may ayının 14-də Lənkəran şəhərinə yola düşüb.

Mayın 15-də Lənkəran Dövlət Dram Teatrının səhnəsində nümayiş olunacaq təkadamlıq psixoloji monotamaşanın quruluşçu rejissoru əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, ifaçı əməkdar artist Kəmalə Hüseynova, tryukların quruluşu İsa Əsədov, işıq üzrə rəssam Vadim Kuskov, musiqi tərtibatçısı Ağasəlim Feyzullayev, rejissor assistenti Günay Qasımovadır.


Xəbərə aid fotolar