Elmar Məmmədyarov Parisdə ATƏTin Minsk qrupunun həmsədrləri ilə görüşəcək


Siyasət 14 May 2018 20:21:53 278 0

Elmar Məmmədyarov Parisdə ATƏTin Minsk qrupunun həmsədrləri ilə görüşəcək

Xarici işlər naziri Elmar Məmmədyarov Brüsseldən Parisə işgüzar səfərə yola düşüb.

Son.az bildirir ki, bunu Trend-ə XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

15 may tarixində Parisdə xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşü nəzərdə tutulub. Görüşdə Ermənistan-Azərbaycan münaqişəsi, həmçinin son günlərdə Ermənistanda cərəyan edən hadisələr müzakirə olunacaq.