Nəbi Keytanın qiyməti müəyyənləşib


İdman 14 May 2018 20:10:00 282 0

Nəbi Keytanın qiyməti müəyyənləşib

Avropa Liqalarında mövsüm, demək olar ki, başa çatıb. Çempionlar Liqasında final oynayacaq Liverpool isə bir neçə ay öncə müqavilə imzaladığı Nəbi Keytanın yolunu gözləyir. Transfer ötən il rəsmiləşsə də, onun məbləği Leipzig-in Bundesliqada tutduğu yerdən asılı olaraq müəyyənləşdiriləcəkdi. Goal.az xəbər verir ki, klub 6-cı yeri tutduğundan "qırmızılar"ın transferə 52.75 milyon funt xərci çıxacaq. Leipzig Çempionlar Liqasına vəsiqə qazansaydı, transferə 59 milyon avro sərf olunardı. Turnir cədvəlində 7 və daha aşağı yer transfer qiymətini 49 milyon funta endirərdi.