Goranboyda raket tapıldı FOTO


Digərləri 14 May 2018 19:54:35 223 0

Goranboyda raket tapıldı  FOTO

Goranboyun Yenikənd kəndi ərazisində 1 ədəd partlamamış hərbi sursat aşkarlanıb.

Son.az bildirir ki, Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Trend-ə verilən məlumata görə, bu gün saat 14:38-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Goranboy rayonu, Yenikənd kəndi ərazisində 1 ədəd partlamamış hərbi sursatın tapılması barədə məlumat daxil olub.

Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Xocalı rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

 

Xəbərə aid fotolar