"Əl-Cəzirə" telekanalının jurnalisti Qəzzada yaralanıb


Dünya 14 May 2018 19:21:19 251 0

"Əl-Cəzirə" telekanalının jurnalisti Qəzzada yaralanıb

Hadisə və yaralının vəziyyəti barədə məlumat verilməyib

Qətərin "Əl-Cəzirə" telekanalının jurnalisti Fələstinin Qəzza zolağındayaralanıb.

"Report"un "RİA Novosti"yə istinadən verdiyi məlumatagörə,Vael Daduh ABŞ səfirliyinin Qüdsə köçürülməsi ilə bağlı İsrail hərbçiləri ilə fələstinlilər arasındabaş verən toqquşmalarda xəsarət alıb.

"Qəzzada kütləvi etirazlar zamanı İsrail qüvvələri tərəfindən açılan atəş nəticəsindəjurnalist Vael Daduh yaralanıb", - telekanal "Twitter" səhifəsində qeyd edib.

Hadisə və yaralının vəziyyəti barədə məlumat verilməyib.