Ötən il 332 uşaq 1 kq-dan da az çəki ilə doğulub


Digərləri 14 May 2018 19:28:06 284 0

Ötən il 332 uşaq 1 kq-dan da az çəki ilə doğulub

2017-ci ildə Azərbaycanda ekstremal çəkili (500-1000 qram) 332 uşaq dünyaya gəlib.

Bakı. İlhamə İsabalayeva – 2017-ci ildə Azərbaycanda ekstremal çəkili (500-1000 qram) 332 uşaq dünyaya gəlib. Bunu Trend-ə Səhiyyə Nazirliyinin baş neonatoloqu, qurumun Neonatoloji xidmətin təkmilləşdirilməsi üzrə xüsusi komissiyasının sədri Rüstəm Hüseynov deyib. Onun sözlərinə görə, 1000 q-dan da az çəki ilə vaxtından əvvəl doğulan uşaqlar il ərzində yenidoğulan bütün körpələrin təxminən 1 faizini təşkil edir. Baş neonatoloq əlavə edib ki, hazırda dünyada neonatologiya sahəsində ən əsas problemlərdən biri çox az çəki (1000-1500 qram) və ekstremal az çəkili uşaqlarla bağlıdır. R.Hüseynov qeyd edib ki, son dövrlərdə Azərbaycanda hər il yenidoğulanların 8-10 faizini vaxtından əvvəl doğulan körpələr təşkil edir.