Ağacların soyqırımının qarşısını alan şəxsə təşəkkür edildi


Digərləri 14 May 2018 17:51:00 313 0

Ağacların soyqırımının qarşısını alan şəxsə təşəkkür edildi

Ekologiya və Təbii Sərvətlər Nazirliyi hər bir vətəndaşı təbiəti mühafizə siyasətinə,  ekoloji mədəniyyətə, təbii resursları qorumağa yönəldilən  tədbirləri dəstəkləməyə, ətraf mühitə dair məsələlərdə fəallıq göstərərək həmrəy olmağa çağırır. 

Nazirlik yaşıllıqların mühafizəsinə qayğıkeş münasibətinə və həyəcan təbili çaldığına görə Suraxanı rayonu Yeni Günəşli "A-B" yaşayış massivində yaşayan Rövşən Qafarova dərin təşəkkürünü bildirir, ətraf mühitin qorunmasında göstərdiyi vətəndaşlıq mövqeyini yüksək qiymətləndirir.

ETSN-dən Son.az-a verilən məlumata görə, məhz onun ictimai nəzarəti sayəsində Suraxanı rayonu Yeni Günəşli "A-B" yaşayış massivində yeni yaşayış binasının layihələndirilməsi üçün "Abşeron-M" MMC-yə ayrılan 0,3 ha torpaq sahəsində bioloji inkişafda olan yaş köküstə 20-28 sm diametrliyində 8 ədəd sərv və şam ağacı, 8 sm diametrliyində tuya kolunun kəsilməsinin qarşısı alınıb.


Xəbərə aid fotolar