Zərdablı şantajçı təkcə bir nəfərdən pul qoparmayıbmış...


Kriminal 14 May 2018 17:37:00 271 0

Zərdablı şantajçı təkcə bir nəfərdən pul qoparmayıbmış...

Mayın 11-də Zərdab rayon sakinləri olan 3 nəfərin barələrində sosial şəbəkədə rüsvayedici məlumatlar yayacağı ilə hədələyib pul tələb etməsi barədə rayon polis şöbəsinə müraciətləri əsasında keçirilən əməliyyat tədbirləri nəticəsində saxlanılan Çallı kənd sakini Qənimət Məmmədovun digər cinayət əməllərinin də üstü açılıb.

Həmyerlilərini şantaj edib pul qazanmaq istəyən tutuldu  

DİN-dən Son.az-a verilən məlumata görə, onun cari ilin fevral ayından aprel ayınadək olan müddətdə Zərdab şəhərində yanacaqdoldurma məntəqələrinin birinin və Ucar şəhərində 3 aptekin sahiblərinin xidməti fəaliyyətləri ilə əlaqədar barələrində sosial şəbəkəyə rüsvayedici məlumatlar yerləşdirəcəyi ilə hədələməsi, onların ikisindən - hər birindən 100 manat aldığı da müəyyən edilib.