Xızıda 5 ədəd top mərmisi tapılıb (FOTO)


Digərləri 14 May 2018 17:31:00 242 0

Xızıda 5 ədəd top mərmisi tapılıb (FOTO)

Xızının Ağdərə kəndi ərazisində 5 ədəd təlim məqsədli 100 mm-lik top mərmisi tapılıb.

Bakı. Xızının Ağdərə kəndi ərazisində 5 ədəd təlim məqsədli 100 mm-lik top mərmisi tapılıb. Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Trend-ə verilən məlumata görə, bu gün saat 14:38-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Xızı rayonu, Ağdərə kəndi ərazisində 1 ədəd partlamamış hərbi sursatın tapılması barədə məlumat daxil olub. Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Xızı rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.