Azərbaycanlı futbolçu Rostov'dan ayrıldı


İdman 14 May 2018 17:30:00 250 0

Azərbaycanlı futbolçu Rostov'dan ayrıldı

Rusiyanın gənclərdən ibarət yığmasının Azərbaycan əsilli futbolçusu Ayaz Quliyev Rostov'dan ayrılıb.

Goal.az xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi müqavilə ilə məxsus olduğu Moskva Spartak'ına geri dönüb. O, mövsümün ilk yarısını icarə əsasında Anji'də, qaış fasiləsindən sonra isə Rostov'da keçirib.

Qeyd edək ki, milli komandamızın baş məşqçisi Qurban Qurbanov Ayaz Quliyevi diqqətində saxladığını açıqlamışdı.