Müdafiə naziri bır sıra hərbi obyektlərin açılışında iştirak edib (FOTO)


Digərləri 14 May 2018 17:20:00 260 0

Müdafiə naziri bır sıra hərbi obyektlərin açılışında iştirak edib (FOTO)

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti hərbi təyinatlı bır sıra obyektlərin açılışında iştirak ediblər.

Bakı. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti hərbi təyinatlı bır sıra obyektlərin açılışında iştirak ediblər. Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, Z.Həsənov müasir tələblərə cavab verən yanacaq sürtgü materialları anbarı, avtomobillərin texniki təmiri və qulluğu məntəqəsinin açılışında iştirak edib, burada yaradılan şəraitlə tanış olub və müvafiq tapşırıqlarını verib. Sonra general-polkovnik Z.Həsənov hərbi hissələrdən birində yeni inşa edilən yeməkxananın açılışında iştirak edərək şəxsi heyətlə birlikdə nahar edib. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin