"Heç efirə hər gün çıxanların mənim qədər toyu yoxdur"


Şou-biznes 14 May 2018 17:19:00 281 0

"Heç efirə hər gün çıxanların mənim qədər toyu yoxdur"

Efirə çox can atmıram. Səbəb odur ki, daha çox işləyən, çalışanların, bütün günü efirə çıxanların heç mənim qədər məclislərə dəvəti, toyu olmur. Bu halım özümü daha çox qane edir.

Son.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Nicat Rəhimov deyib. Sənətçi son günlər bayağı mahnıların daha çox məşhurlaşdığını deyib:

"Yeni mahnıları gərək bayağı oxuyasan. Əziyyət çəkib səviyyəli, zövqlü mahnı ərsəyə gətirməyin əhəmiyyəti yoxdur. Müəyyən qədər dinləyici kütləm var və çox şadam ki, həmin insanlar da zövqlü, ziyalı, sağlam düşüncəli insanlardır. Vaxtilə canını verən, əziyyət çəkən, şou-biznesi inkişaf etdirən Aygün Kazımova, Faiq Ağayev, Rəhim Rəhimli və bir neçə sənətçilərin əziyyəti qalıb kənarda. Onların yaratdığı səviyyəni indi bir neçə bayağı ifaçılar, insanlar olduqca aşağıya endiriblər.