Neymar: "Bu, məni artıq bezdirir"


İdman 14 May 2018 17:11:00 290 0

Neymar: "Bu, məni artıq bezdirir"

Paris Saint Germain-in hücumçusu Neymar Fransa Liqasında mövsümün ən yaxşı futbolçusu seçilib. Goal.az xəbər verir ki, braziliyalı ulduz daha sonra adının Real-la hallanmasına münasibət bildirib.

"Hər transfer pəncərəsində eyni şeylər baş verir. Fikrimcə, bunu müzakirə etmək üçün münasib vaxt deyil. Hər kəs bura nə üçün gəldiyimi bilir. İndi transfer haqqında danışmaq yox, 2018-ci il dünya çempionatında uğurlu çıxışa köklənməliyəm. Həyatım boyu insanlar transfer pəncərəsi açılan kimi bu məsələləri ortaya atırlar. Bu, məni artıq bezdirir".