İmtahanların nəticələri 2 gün ərzində açıqlanacaq


Digərləri 14 May 2018 17:01:00 242 0

İmtahanların nəticələri 2 gün ərzində açıqlanacaq

Mayın 13-də ali təhsil müəssisələrinin II və III ixtisas qrupları üzrə keçirilmiş qəbul imtahanlarında istifadə olunmuş sual kitabçalarını əldə etmək mümkündür.

Dövlət İmtahan Mərkəzindən (DİM) Son.az-a verilən məlumata görə, abituriyentlər, həmçinin valideynlər, müəllimlər, ekspertlər sual kitabçalarını əldə edə bilərlər.

İmtahanda istifadə olunmuş sual kitabçalarının elektron versiyasını (pdf formatında) DİM-in internet saytının "Elektron xidmətlər" bölməsində>"DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı "> "Sual kitabçaları" xidməti vasitəsilə ödəniş etməklə əldə etmək mümkündür. (Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal/)