Sumqayıtda "Topaz" işçisini amansızlıqla qətlə yetirən dəstəyə ağır cəza verildi


Digərləri 14 May 2018 16:57:00 213 0

Sumqayıtda "Topaz" işçisini amansızlıqla qətlə yetirən dəstəyə ağır cəza verildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıtda xüsusi amansızlıqla qətl törətməkdə və quldurluqda təqsirli bilinən dəstə üzvləri - Fərid Bağırzadə, Kamran Qurbanov, Murad Eyvazov və Əkbər İsgəndərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bakı. Samir Əli - Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıtda xüsusi amansızlıqla qətl törətməkdə və quldurluqda təqsirli bilinən dəstə üzvləri - Fərid Bağırzadə, Kamran Qurbanov, Murad Eyvazov və Əkbər İsgəndərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Trend-in məlumatına görə, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə dəstə üzvlərinə hökm oxunub. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs Fərid Bağırzadə 19 il, Murad Eyvazov 18 il, Əkbər İsgəndərov, Kamran Qurbanovun isə hər biri 11 il müddətinə azadlıqdan məhrum edilib. İttihama görə, ötən il sentyabrın 24-də Füzuli rayon sakini Amal Nadirli Sumqayıt şəhərində bir qrup şəxs tərəfindən vəhşicəsinə döyülərək öldürülüb. Polisin keçirdiyi əməliyyat nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Abşeron rayon sakinləri Çingiz Babayev, Fərid Bağırov, Kamran Qurbanov, Murad Eyvazov və Ağstafa rayon sakini Əkbər İskəndərov həbs ediliblər.