Manchester City-nin müdafiəçisi Stuttgart-a keçir


İdman 14 May 2018 16:12:00 297 0

Manchester City-nin müdafiəçisi Stuttgart-a keçir

Manchester .City-nin müdafiəçisi Pablo Maffeo karyerasını Almaniyada davam etdirəcək. Goal.az xəbər verir ki, 20 yaşlı futbolçu Stuttgart-la müqavilə imzalayıb. Transferin 9 milyon avroya başa gəldiyi deyilir.

İspan müdafiəçi "şəhərlilər"in heyətində meydana çıxmayıb. O, son iki mövsümü Girona-da icarə əsasında oynayıb. Maffeo Barcelona-nın yetirməsidir, bir müddət Espanyol-un əvəzedici komandasında oynayıb.

Stuttgart geridə qalan mövsümdə Bundesliqada 7-ci yeri tutub.