Britaniya səfirliyini Qüdsə köçürməyəcək


Dünya 14 May 2018 15:59:10 252 0

Britaniya səfirliyini Qüdsə köçürməyəcək

“Krallıq ABŞ prezidenti Donald Trampın qəbul etdiyi qərara qoşulmur”

Böyük Britaniya İsraildəki səfirliyinin binasını Qüdsə köçürməyəcək.

“Report” “Haberturk”ə istinadən xəbər verir ki, bunu Britaniyanın baş naziri Tereza Meyin sözçüsü bldirib.

“Krallıq ABŞ prezidenti Donald Trampın qəbul etdiyi qərara qoşulmur”, - o vurğulayıb.

Qeyd edək ki, mayın 14-də ABŞ-ın Qüdsdəki səfirliyinin açılış mərasimi keçiriləcək. Bu tədbirə etiraz olaraqFələstinin Qəzza zolağında aksya keçirilib. İsrail sərhədçilərinin açdığı atəş nəticəsində 25 nəfər ölüb, 500-dən çox insanyaralanıb. Onların arasında güllə yarası alan da var.