İki xalq artisti məhkəmədə üzüzə gəldilər FOTO


Digərləri 14 May 2018 15:48:00 256 0

İki xalq artisti məhkəmədə üzüzə gəldilər  FOTO

Bu gün Bakı Apellyasiya Məhkəməsində xalq artisti Məleykə Əsədovanın xalq artisti Ramiz Məlikə qarşı məhkəmə qərarından verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası davam etdirilir.

Son.az report-a istinadən xəbər verir ki, hakim Etibar Nəbiyevin sədrliyi ilə keçirilən prosesdə xalq artisti Məleykə Əsədova və xalq artisti Ramiz Məlikin özlərinin də iştirak ediyi elan olunub.

Hazırda məhkəmə iclası davam etdirilir.

Qeyd edək ki, M.Əsədova həmkarı R.Məlikin onun şərəf və ləyaqətini təhqir etdiyini iddia edib. O, Nəsimi Rayon Məhkəməsinə müraciət edərək həmkarından 200 min manat məbləğində təzminat istəyib.


Xəbərə aid fotolar