İsrail ordusuyla toqquşmalar zamanı 16 fələstinli ölüb - YENİLƏNİB - VİDEO


Dünya 14 May 2018 15:35:00 228 0

İsrail ordusuyla toqquşmalar zamanı 16 fələstinli ölüb - YENİLƏNİB - VİDEO

Bu gün yaralananların sayı 512 nəfər olub

ABŞ-ın İsraildəki səfirliyinin Qüdsə köçürülməsinə qarşı etiraz edən fələstinlilərlə İsrailin ordusu arasında baş verən toqquşmalarda 500-dən çox fələstinli yaralanıb, 16 nəfər ölüb.

"Report" Fələstin KİV-inə istinadən xəbər verir ki, bu barədə Qəzzə Səhiyyə Nazirliyinin məlumatında deyilir.

Məlumata görə, onlarla fələstinli güllə yarası alıb. Ümumilikdə isə bu gün yaralananların sayı 512 nəfər olub.

***14:45

Qəzza sektorunun inzibati sərhədində fələstinlilərin "Geriqaytarma marşı" və Qüdsdə ABŞ səfirliyinin açılmasına qarşı etiraz aksiyaları keçirilir.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, hazırda Qəzza bölgəsinin İsraillə inzibati sərhəd ərazisində, təqribən, 10 min fələstinli toplaşıb.

Bəzi nümayişçilər hətta sərhəd maneələrini aşmağa çalışıb.

Qeyd olunur ki, iki nəfər ölüb, azı 28 nəfər yaralanıb.