Avropada Mühafizəkarlar və İslahatçılar qrupunun baş katibi adının arzuolunmaz şəxslər siyahısına salınmamasını xahiş edib


Digərləri 14 May 2018 15:29:00 175 0

Avropada Mühafizəkarlar və İslahatçılar qrupunun baş katibi adının arzuolunmaz şəxslər siyahısına salınmamasını xahiş edib

Neva Sadıkoğlu-Novaki Azərbaycan Respublikasının Belçika Krallığındakı Səfirliyinə məktubla müraciət edərək, adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı”na daxil edilməməsini xahiş edib.

Bakı. İşğal olunmuş ərazilərimizə qeyri-qanuni səfər etmiş Türkiyə vətəndaşı, Avropa Regionları Komitəsində Avropada Mühafizəkarlar və İslahatçılar qrupunun baş katibi Neva Sadıkoğlu-Novaki Azərbaycan Respublikasının Belçika Krallığındakı Səfirliyinə məktubla müraciət edərək, adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı”na daxil edilməməsini xahiş edib. Bu barədə Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib. Məlumatda deyilir ki, məktubunda N.Sadıkoğlu-Novaki təmsil etdiyi qurumun nümayəndəsi kimi Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının (ACRE) 2017-ci ilin dekabrında Yerevanda keçirilən tədbirində iştirak etmək üçün Ermənistana səfər etdiyini bildirir.