Azərbaycan Prezidenti: "Biz nəqliyyat infrastrukturumuzla bağlı qarşımızda duran bütün vəzifələri icra etdik"


Digərləri 14 May 2018 15:22:00 208 0

Azərbaycan Prezidenti: "Biz nəqliyyat infrastrukturumuzla bağlı qarşımızda duran bütün vəzifələri icra etdik"

"Biz nəqliyyat infrastrukturumuzla bağlı qarşımızda duran bütün vəzifələri icra etdik".

Bakı. "Biz nəqliyyat infrastrukturumuzla bağlı qarşımızda duran bütün vəzifələri icra etdik". Trend-in məlumatına görə, bunu Ələt qəsəbəsində Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin açılışında iştirak edən Prezident İlham Əliyev limanın əməkdaşları və inşaat şirkətlərinin nümayəndələri ilə görüşündə deyib. İlham Əliyev bildirib ki, limanın inşasında yerli və xarici mütəxəssislər, işçilər iştirak ediblər: "Mən gördükləri işlərə görə onlara minnətdarlığımı bildirmək istəyirəm. Limanın tikintisi ilə bağlı işlərə mən şəxsən nəzarət etmişəm. Şadam ki, bu gün burada ən yüksək standartlar tətbiq olunur, bütün avadanlıq, lazım olan texniki vasitələr, ən müasir kranlar alınıb quraşdırılıb. Beləliklə, biz Azərbaycanda çox güclü nəqliyyat-logistika mərkəzini yaratdıq.