Sabirabadda teplovozun vurduğu şəxs öldü


Digərləri 14 May 2018 15:12:00 221 0

Sabirabadda teplovozun vurduğu şəxs öldü

Sabirabad rayonunun Zalqarağac kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən Son.az-a verilən məlumata görə, mayın 13-də saat 23 radələrində Sabirabad rayonunun Zalqarağac kəndi ərazisində Salyan rayon sakini Aqşin Quliyev idarə etdiyi teplovozla (yük qatarı) kənd sakini Rahil Cavadovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.