Napoli bir neçə rekord yeniləyib


İdman 14 May 2018 15:00:00 288 0

Napoli bir neçə rekord yeniləyib

İtaliya A Seriyasının 37-ci turunda Sampdoria-nı 2:0 məğlub edən Napoli şəxsi rekordunu yeniləyib. Goal.az xəbər verir ki, Neapol klubu turnirin tarixində ən çox - 88 xal toplayıb. Əvvəlki rekord ötən mövsüm toplanılan 86 xal idi. Eyni zamanda 88 xal A Seriyasımda 2-ci yeri tutan komanda üçün ən yaxşı nəticədir. Son olaraq Milan 2005/06 mövsümündə aktivinə bu qədər xal yazdırsa da, ikinci olmuşdu.

Sampdoria üzərində qələbə bu mövsüm Napoli-nin 27-ci qalibiyyətidir. Bu statistika da klub tarixində ən yaxşı nəticədir. Öncəki rekord 2016/!7 mövsümdə qazanılan 26 qələbə idi.