Masallıda yanacaqdoldurma məntəqəsindən pul oğurlayan şəxs saxlanılıb


Digərləri 14 May 2018 14:50:27 173 0

Masallıda yanacaqdoldurma məntəqəsindən pul oğurlayan şəxs saxlanılıb

Masallıda yanacaqdoldurma məntəqəsindən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Bakı. Masallıda yanacaqdoldurma məntəqəsindən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb. DİN-dən Trend-ə verilən məlumata görə, mayın 12-də saat 5 radələrində DİN-in “102 Zəng Mərkəzi”nə Masallı rayonunun Şərəfə kəndi ərazisindəki yancaqdoldurma məntəqələrinin birindən 1 448 manat pulun oğurlanması barədə müraciət daxil olub.