İsrail klubu ABŞ prezidentinin adını götürdü - FOTO


İdman 14 May 2018 14:40:00 217 0

İsrail klubu ABŞ prezidentinin adını götürdü - FOTO

İsrailin Beytar klubu adını dəyişdirib. Goal.az xəbər verir ki, klub rəsmən Beytar Tramp Yerusalem adlanacaq. Bu ad ABŞ prezidenti Donald Trampın şərəfinə götürülüb. O, bir neçə ay öncə ərəb və yəhudilərin birlikdə yaşadığı Qüds şəhərini İsrailin paytaxtı kimi tandığını bildirmişdi. Şəhəri təmsil edən Beytar bu yolla Trampa minnətdarlığını bildirib.

Sözügedən klub 6 qat İsrail çempionudur. Bu mövsüm liqada 2-ci yeri tutan komanda növbəti mövsüm Avropa Liqasına vəsiqəni təmin edib.