İnam Kərimovdan yeni TƏYİNAT (FOTO)


Digərləri 14 May 2018 13:29:00 192 0

İnam Kərimovdan yeni TƏYİNAT (FOTO)

Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin yeni direktoru təyin olunub.

Bakı. Kənd Təsərrüfatı naziri İnam Kərimov Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutuna (TETİ) gələrək İnstitutun yeni inzibati binasına və laboratoriyalarına, İsrailin “Breedit” şirkətinin layihəsi əsasında TETİ-də 6.14 ha ərazidə qurulan müasir istixana və 30 ha açıq sahə şəraitində beynəlxalq tələblərə uyğun olaraq tikilməkdə olan tərəvəz toxum istehsalı ərazilərinə baxış keçirib. Nazirlikdən Trend-ə verilən məlumata görə, Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun alim və mütəxəssisləri ilə görüşən nazir onlara öz tapşırıq və tövsiyyələrini verib. Nazir bildirib ki, institutlarımızın tədqiqatları ölkəmizin iqtisadi qüdrətinin güclənməsinə xidmət etməlidir.