Yerli startapların Silikon Vadisinə mütəmadi səfərləri təşkil olunacaq


Digərləri 14 May 2018 13:36:22 199 0

Yerli startapların Silikon Vadisinə mütəmadi səfərləri təşkil olunacaq

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Yüksək Texnologiyalar Parkı və Amerika-Azərbaycan Ticarət Palatası arasında əməkdaşlığa dair memorandum imzalanıb.

Bakı. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Yüksək Texnologiyalar Parkı və Amerika-Azərbaycan Ticarət Palatası arasında əməkdaşlığa dair memorandum imzalanıb. Nazirlikdən Trend-ə verilən məlumata görə, memoranduma əsasən, iki qurum arasında uzunmüddətli və strateji əməkdaşlıq üçün yol xəritəsi tərtib olunacaq. Amerika-Azərbaycan Ticarət Palatası Yüksək Texnologiyalar Parkında fəaliyyət göstərən startap layihələrinə investisiyaların cəlb olunmasına, ABŞ-dakı vençur fondlar ilə əməkdaşlığa, Azərbaycanda fəaliyyət göstərən yerli İKT şirkətlərinin proqram təminatlarının, texnoloji həllərinin və xidmətlərinin ABŞ bazarına çıxarılmasına dəstək göstərəcək. Yüksək Texnologiyalar Parkının direktoru Tural Kərimlinin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətinin Amerika Birləşmiş Ştatlarına işgüzar səfəri çərçivəsində “Google”, “Lenova”, “Nutanix”, ABŞ Texnologiya və İnvestisiya Mərkəzi, ABŞ Dövlətinin İnvestisiya Şirkətinin rəhbərləri ilə görüşlər keçirilib. “Lenova” şirkətinin vitse-prezidenti Roderik Lapin ilə görüşdə Yüksək Texnologiyalar Parkının nəzdində R&D laboratoriyasının yaradılması, inkubasiya proqramı və “Lenova Vençur Proqramı”nın imkanlarının Azərbaycanda fəaliyyət göstərən startaplara təqdim olunmasına dair ilkin razılıq əldə olunub.