Yerevanda etiraz aksiyası iştirakçıları baş prokurorun istefasını tələb edirlər


Dünya 14 May 2018 13:17:01 236 0

Yerevanda etiraz aksiyası iştirakçıları baş prokurorun istefasını tələb edirlər

Ermənistanda bir qrup vətəndaş üzərində "Siyasi məhbuslara azadlıq" və "Sasna tsrer" yazılmış plakatlarla Baş Prokurorluq binası qarşısında etiraz aksiyasına çıxıb.

Son.az report-a istinadən xəbər verir ki, nümayişçilərin əsas tələbi Ermənistanın baş prokuroru Artur Davtyanın istefa verməsidir.

Aksiyaya toplaşanlar "prokuror, get", "siyasi məhbuslara azadlıq" deyə qışqırırlar bə baş prokurorun reaksiyasını gözləyirlər.