“Petek ağzına gələni danışır…”


Digərləri 14 May 2018 13:01:00 262 0

“Petek ağzına gələni danışır…”

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov türkiyəli müğənni müğənni Petek Dinçözə torpaq verməsi barədə yayılan xəbərə münasibət bildirib. 

Son.az xəbər verir ki, o, bizimyol-a açıqlamasında məlumatın yalan olduğunu söyləyib: "Petek xanımdı da, şou-biznes əhlidir, ağzına gələni deyib. Belə bir şey ola bilməz. Sizcə, bu, nə dərəcədə düzgündür? İcra hakimiyyəti torpaq vermir, torpağı bələdiyyə verir, onlar da verməyib, belə bir şey yoxdur. Olsa idi bu rəsmi olmalı idi. Bundan başqa xarici vətəndaşın burada torpaq alması mümkün deyil."